Logo

Göygöldə Beynəlxalq Müəllimlər Günü tədbiri keçirilib - FOTO

05.10.2022 17:29 359 baxış
IMG

Göygöl rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova,  Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin müdiri Anar Qədiməliyev,  Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin Göygöl rayon üzrə sektorun əməkdaşları və rayon ümumtəhsil məktəb müəllimləri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Göygöl şəhər Şəhidlər xiyabanında  Şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbir Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himnimizin sədaları altında açıq elan edilib. Tədbirdə çıxış edənlər  5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara xoş arzularını çatdırıblar. 

Sonra təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət göstərən qocaman müəllimlərə və keçən tədris ilində  səmərəli fəaliyyət göstərərək yüksək nəticələr əldə etmiş bir qrup müəllimə  Göygöl Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.

Xəbər lenti