Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Agentlikdən bildirilib ki, müqavilənin şərtlərinə əsasən, Təlim və metodologiya şöbəsinin peşəkar ekspertləri tərəfindən təlim xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Təlimlərin əsas məqsədi ADPU-nun Şəki filialının inzibati və akademik heyətinə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulması ilə bağlı dəstək verməkdir.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər keçirmək, eləcə də metodoloji dəstək xidmətləri göstərmək TKTA-nın əsas fəaliyyət istiqamətlərindən biridir.