Gəncədə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, AMEA -nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, şəhid ailələri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər şərəfli peşə sahiblərini bugün münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda bir qrup təhsil işçisi təltif edilib.