Sumqayıt şəhərində yerləşən 24 nömrəli məktəbdə yuxarı sinif şagirdləri azyaşlı şagirdi məktəbin ayaqyolusunda qapını bağlayaraq içəridə saxlayıblar.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, hadisənin şokunu yaşayan azyaşlı sagird, özünü belə saxlaya bilməyib.
İddialara görə, məsələ ilə bağlı,hadisə yerinə Sumqayıt şəhər Polis idarəsinin əməkdaşlarının gəldiyi və araşdırılma aparılması haqqında məlumatlar var.