Logo

Azərbaycan Turizm və Menecment Universitetində infosessiya - FOTO

06.10.2022 17:05 450 baxış
IMG

Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün “Xarici dil üzrə qiymətləndirmə imtahanları - Kembric İngilis dili üzrə Kvalifikasiyalar” mövzusunda infosessiya təşkil olunub

Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin əməkdaşı Gülçöhrə Abdurahmanlı tərəfindən iştirakçılara DİM-in təşkil etdiyi bir sıra beynəlxalq imtahanlar - ACCAICDLPearson VueТРКИTOEFL İBTGRESAT, xüsusilə də Kembric İngilis dili üzrə Kvalifikasiyaları barədə geniş məlumat verilib. Tədbirdə ümumilikdə 40 nəfər olmaqla, tələbə və pedaqoji heyət iştirak edib.

İnfosessiyanın məqsədi Azərbaycan gəncləri arasında beynəlxalq səviyyədə tanınan və müxtəlif sahələri əhatə edən imtahanlar barədə məlumatlılığı artırmaq olub.

Yekunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Kembric İngilis dili üzrə Kvalifikasiyaları barədə daha ətraflı məlumatı keçid vasitəsi ilə əldə edə bilərsiniz.

1

1

1

Xəbər lenti