Logo

Məktəb direktoru şəhidlərin ruhunu yad etmək üçün ayağa qalxmadı - VİDEO

06.10.2022 18:14 3644 baxış
IMG

161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmaması ilə bağlı video yayılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Məsələ ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılan görüntülərlə bağlı qurum tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti