Logo

Yaponiyanın dəstəyi ilə Zaqatalada uşaq bağçası tikilib - FOTOLAR

06.10.2022 19:52 522 baxış
IMG

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Zaqatalada uşaq bağçası tikilib.

"Tehsil.biz"in APA-ya istinadən məlumatına görə, bu gün rayonun Aşağı Tala kəndində Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi" Qrant Yardımı Proqramı çərçivəsində inşa olunmuş Aşağı Tala kənd 3 nömrəli uşaq bağçasının açılış mərasimi keçirilib.

Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi İctimai Birliyinin nümayəndələri və kənd sakinləri iştirak edib.

Bu layihədə əsas məqsəd 1939-cu ildə inşa edilmiş və 2012-ci il Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində istifadəyə yararsız hala düşmüş 3 nömrəli uşaq bağçasının sökülərək, öncəki tikilinin mövcud olduğu yerdə yeni uşaq bağçasının inşa edilməsi nəticəsində kənd sakini olan uşaqların məktəbəqədər təhsil şəraitinin yaxşılaşdırılmasıdır.

Bu layihənin icra olunması üçün Yaponiya hökuməti 150 549 manat (89,082 ABŞ dolları) məbləğində qrant ayırıb.

İndiyə qədər Azərbaycan Respublikasında Yaponiya hökumətinin maliyyə dəstəyi ilə "Ot Kökləri və İnsan Təhlükəsizliyi" Qrant Yardımı proqramı çərçivəsində icra olunmuş layihələrin ümumi sayı 278 olmaqla, ümumi qrant məbləği isə 39,865,000 AZN (23,450,000 ABŞ dolları) keçib.

Yaponiyanın dəstəyi ilə Zaqatalada uşaq bağçası tikilib - FOTO

Xəbər lenti