Logo

Təhsil Tələbə Krediti Fondu UNEC tələbələri ilə görüş keçirib

06.10.2022 20:53 475 baxış
IMG

Təhsil Tələbə Krediti Fondu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.

Bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Fondun İdarə Heyətinin sədri Araz Paşayev təbliğat-təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə təhsil kreditlərinin növlərindən və müraciət qaydalarından, bu kreditlərin təhsilin keyfiyyətinə və əmək bazarının formalaşmasına təsirindən bəhs edib.

Tədbirdə UNEC-in birinci kurs tələbələri iştirak edib.

Görüşün növbəti mərhələsində tələbələrin sualları cavablandılırıb və təklifləri qeydə alınıb.

Xəbər lenti