Tehsil.biz redaksiyasına daxil olan şikayət məktubunu olduğu kimi təqdim edirik:
"Cənab nazirə mürəciət!
Salam, Emin müəlllim. Deyilənə görə, çox sadə və səmimi insansınız. Sizə olan müraciətlərə olduqca diqqətlə və məsuliyyətlə yanaşırsınız. Siz tək, problemlər isə qədərindən çoxdur, bilirik. Amma bu problemlərin içində ən vacib həll olunacaq problemlər də var ki, bu MİQ-dənkənar və saxta diplomlu müəllimlərə illərdir kimlərinsə günahına görə Təhsil Nazirliyi məmurlarının qərəzli və prinsipli məqsədləri ilə verilən 6 saat qadağasıdır ki, hələ də öz həllini tapmayıb. Siz nazir olanda o insanlar sevinmişdi ki, təzə nazir problemi müəllimlərin işə qəbulu imtahanı olmadan DQ və yaxud sertifikasiya ilə həllini mütləq tapacaq. Amma aylar ötdü, il yetişir, sizdən bir reaksiya yoxdur bu problemə qarşı. Görünür ki, ya o məkrli və prinsipli köhnə fikirli hələ də məsələnin yolunu MİQ-lə həll etməyə çalışan TN-çilər sizi də Ceyhun Bayramov kimi informasiya blokadasında saxlayırlar, ya da siz bu haqda artıq bilirsiniz, amma laqeyd yanaşırsınız və yaxud da işinizin çoxluğundan nazirliyin hansısa şöbəsinə göstəriş vermisiniz bu haqda...Amma baxın o məlum şöbə bu işi bacarsaydı və yaxud marağında olsaydı, elə illər öncə həllini tapıb bir yoluna qoyard və məsələ bu günlərə qədər daha da bərbad vəziyyətdə uzanıb yüzlərlə müəllimin maddi və mənəvi ziyan çəkməsinə səbəb olmazdı.
Bizim bu məsələ ilə bağlı sizə TƏKLİFİMİZ var, Cənab Nazir. Sizdən ölkə MK və SD- ları adından xahiş edirik ki, bizim məsələni Elnur Nasibov Müəllimin kurasiyasına verin. Ən azından bu gün yığdığınız komandanın içində ən çox güvəndiyimiz insan məhz odur hələ ki...MİQ-dənkənarların məsələsini MİQ müsabiqəyə göndərməklə həll etmək effektli yol deyil. Bu həll yolu yenə də müsbət nəticə verməyəcəyinə əmin olun, Emin Müəllim. Çünki bu həll yolu heç bir nəticə vermədi ötən illər ərzində. MİQ-dənkənarlar illərin müəllimidir və onlar MİQ-ə getmək kimi fikrləri yoxdur.
Artıq dövlətimizin ali qanunu olan məhkəmə qətnaməsi ilə hər biri öz daimi müəllimlik statusunu bərpa edibsə, onlara niyə 6 saat verilir?! Bəhanə kimi DQ balı yoxdur deyilir. Amma nəzərinizə çatdırım ki, MİQ-dənkənarları DQ-a məhz onları bu uçurmlara sürüklənməkdə marağı olan o prinsipli və qərəzli nazirlik məmurları buraxılmağa icazə vermədi. Yüzlərlə insan taleyi ilə bu qədər oynayıb insanların ailələrini çıxılmaz hala salmaq insani keyfiyyətlərin göstəricisi sayılmır axı, Cənab Nazir! Nə üçün həmin məmurlar hələ də Təhsil Nazirliyində mövcuddur?! Nə üçün onlara görə bu qədər insanlar olmazın əzabını çəkir?! Düşünün ki, bu məsələlər öz həllini tapmadıqca biz tərəfdən Təhsil Nazirliyi hələ də o məmurların idarəçiliyi ilə tənzimləndiyi fikrində qalaraq gələcəyə heç bir ümid və həvəs olmadan günümüzü yola verərək müəllim olmağımızın peşmançılığı motivasiyası ilə dərsə gedirik. Ümid edirik ki, tezliklə MK və SD -ların bu neqativ motivasiyasını özünüzün ədalətli qərarlarla tənzimlənən pozitiv motivasiyanızla əvəz edəcəksiniz...
Hörmətlə: MİQ-dənkənar Eltac Mirzəzadə"