Logo

Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib

07.10.2022 09:42 430 baxış
IMG

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2015-ci il təvəllüdlü Fərhadzadə İbrahim Azər oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək, qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti