Logo

İyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir

07.10.2022 11:43 370 baxış
IMG

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4233 nəfər müraciət edib. Bu gün saat 11:30-dək olan məlumata görə, 4233 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

Xəbər lenti