Logo

VII Könüllülük Proqramına qeydiyyat müddəti uzadılıb

07.10.2022 14:55 334 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş VII Könüllülük Proqramına qeydiyyat prosesi oktyabrın 12-dək uzadılıb.

Tehsil.biz xəbər verir ki, VII Könüllülük Proqramına qatılmaq istəyən gənclər şəxsi məlumatlarını (CV) [email protected] elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin struktur bölmələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş Könüllülük Proqramlarında 200 nəfərə yaxın gənc iştirak edib. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.

Xəbər lenti