Azərbaycanda yüksək bal toplayan tələbə intihar edib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Şəhriyar Səmədov ötən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb.
Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.