Ötən dərs ilinin sonunda Bakıda çalışmanın yaş həddinə çatdığı üçün işdən çıxarılan məktəb direktorlarının sayı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Tehsil.biz"ə verilən məlumata görə, idarənin tabeliyində fəaliyyət göstərən 16 məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bunlar 101, 121, 135, 144, 204, 246, 261, 264, 269, 222, 242, 282, 290, 297, 315 və 112 nömrəli tam orta məktəblərdir.