Logo

Təhsil İnstitutu ibtidai siniflər üçün riyaziyyat fənnindən seminar keçirib

07.10.2022 22:14 453 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi “Refleksiv müəllim” layihəsi üzrə Bakıdakı 108 nömrəli tam orta məktəbdə ibtidai siniflər üçün riyaziyyat fənnindən seminar keçirib.

İnstitutdan bildirilib ki, seminarda məktəbin ibtidai sinif müəllimi Aybəniz Cəfərova 1-ci sinif riyaziyyat dərsliyində olan “Əşyanın əlaməti” mövzusu üzrə dərs icmalı təqdim edib.

Seminarın formatına uyğun olaraq təqdimatçı ilk 15 dəqiqə ərzində dərsin mərhələləri, onun inteqrasiyası, standartların reallaşdırılması prosesindən, qiymətləndirmə meyarları və tapşırıqlardan bəhs edib. Sonra iştirakçılar dərsin uğurlu tərəflərini sadalayıb, təkliflərini bildiriblər. Dərs zamanı şagirdlərə verilən tapşırıqlar ilə dərsin məqsədi arasında əlaqə, tapşırıqların şagirdlərin yaş səviyyəsinə uyğunluğu, dərslik və metodik vəsaitlə iş, formativ qiymətləndirmə məsələləri ətrafında müzakirələr aparılıb.

Şagirdlərdə tədqiqat bacarıqlarının formalaşdırılması və bu istiqamətdə müəllimin fasilitatorluğu məsələləri də seminarda daha çox müzakirə edilən məsələlərdən olub. Daha sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.

Xəbər lenti