Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birbaşa müdaxiləsi ilə Ağdamda yerləşən tarixi Sultanbud kurqanına edilən qanunsuz müdaxilənin qarşısı alınıb
Bu barədə "Tehsil.biz"ə Dövlət Xidmətindən məlumat verilib.
"Sözügedən məsələdə ictimai iştirakçılığı ən yüksək səviyyədə nümayiş etdirən belediyye.info saytının təsisçisi, "Bələdiyyələrin fəaliyyətinin təbliği" İB-nin sədri Vüqar Tofiqliyə təşəkkür edirik", - məlumatda deyilir.