Logo

Gəncədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib

08.10.2022 20:37 364 baxış
IMG

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Gəncə Şəhər Baş Polis İdarəsinin müvafiq məktubu əsasında növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətini başçısının müavini, komissiyanın sədri Adil Tağıyevin sədrliyi ilə keçirilən iclasda, komissiyanın üzvləri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və müvafiq məktəblərin psixoloqları, habelə Gəncə şəhər Prokurorluğunun nümayəndəsi iştirak ediblər.
Toplantıda Gəncə şəhərində yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə məlumat verilib.

Daha sonra Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsi və ümumtəhsil müəssisələri tərəfindən hüquq pozulmalarının qarşısının alınması məqsədilə yeniyetmələr arasında profilaktika işlərinin gücləndiririlməsi və digər məsələlər ətrafında  müzakirələr aparılıb. 

Sonda  müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti