Logo

"Azərbaycanda sarsılmaz xalq-prezident birliyi vardır"

09.10.2022 23:12 629 baxış
IMG

Bu gün dünyanın diqqəti mərkəzində olan Azərbaycan dövləti tarixin ən şanlı dövrünü yaşamaqdadır.

Dövlətimizin başçısı müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələd olduğu üçün qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlayır. Ölkəmizin beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu artmaqdadır. 

6 oktyabr 2022-ci il tarixdə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan gürüşdə qəbul edilmiş bəyanata əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu öz növbəsində Prezident İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin, Azərbaycanın ədalətli mövqeyini əks etdirən daha bir siyasi uğurun göstəricisidir. Azərbaycan davamlı olaraq daha böyük uğurlara imza atır. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir və bunun nəticəsində Azərbaycan regionda liderliyini qoruyub saxlayır.

Ölkəmizin sosial-iqtisadi sahədə dayanıqlı inkişafı bütün istiqamətlərdə güclü dövlət dəstəyinin bariz nümunəsidir. Azərbaycan iqtisadi baxımdan da regionun lider dövlətidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti dünya liderləri üçün bir örnəkdir. Dövlət rəhbərimizin regionda, bütünlükdə  dünyada sülhün və əmin-amanlığın bərqərar edilməsi uğrunda atdığı addımlar, ölkəmizin müstəqilliyinin qorunması və inkişafı, istiqamətində həyata keçirilən mühüm tədbirlər, beynəlxalq aləmdə qazanılan uğurlar bunu deməyə əsas verir. 

Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, elm və təhsil ocaqları, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

Dövlətimizin başçısının qətiyyətli addımları, milli maraqlara xidmət edən müstəqil siyasəti, xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkədə yaşayış səviyyəsinin yaxşılaşdırılması Azərbaycanda sarsılmaz xalq-prezident birliyinə səbəb olan əsas amillərdir.

Yekdilliklə xalqın sevgisini qazanmış lider olaraq Qarabağı və digər ərazilərimizi azad etməklə bu inamı, etimadı və birliyi daha da möhkəmləndirdi, sarsılmaz etdi. Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etməsi zamanı dövlətimizin hərbi və siyasi gücünü bütün dünya gördü. Ən mötəbər beynəlxalq təşkilatlar, böyük dövlətlər regionda sabitliyin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün Azərbaycan ilə hesablaşmağın vacibliyini dərk etdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz şanlı tariximizi yazdı. Azərbaycan özünün ən şərəfli dövrünü yaşayır.  

Dünyanın ən nüfuzlu liderlərindən olan möhtərəm cənab prezident İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi, bizim sözümüz imzamız qədər keçərlidir. Hər kəs bu qətiyyəti görür və yaxşı bilir ki, Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirir, əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanır, etibar qazanır, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir.

Ölkə prezidentinin də qeyd etdiyi kimi 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Azərbaycan yaratdığı yeni reallıqları dünya ictimaiyyətinə bəyan edir.

Azərbaycan Prezidenti bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda xalqımızın mənafeyini, milli maraqlarını uğurla müdafiə edir. Ölkə rəhbərinin həyata keçirdiyi islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan dünyanın ən qabaqcıl dövlətləri sırasında yer alıb.

Biz xalq olaraq hər zaman öz Prezidentimizin yanındayır. Çalışdığımız işdən, tutduğumuz vəzifədən asılı olmayaraq Dövlətimizin inkişafı, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində Vətəndaş olaraq üzərimizə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməyə hazırıq.

Rusan Qasımov 

İsmayıllı rayon Qalacıq kənd tam orta məktəbinin direktoru

Xəbər lenti