Logo

Qubada DƏHŞƏT: müəllim öldü, iki övladı yaralandı

10.10.2022 09:51 1578 baxış
IMG

Qubada ana və iki azyaşlı uşağını avtomobil vurub.

"Tehsil.biz"in məlumatına görə, hadisə oktyabrın 9-da rayonun Vaqif küçəsində baş verib 

Belə ki, yolu keçən Günay Fərzəliyeva və onun iki azyaşlı övladını maşın vurub. Nəticədə qadın hadisə yerində ölüb, uşaqlar isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, vəfat edən G.Fərzəliyevanın Qubanın Vəlvələ kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işlədiyi, yaralanan azyaşlıların isə məktəbli olduqları bildirilir.

Xəbər lenti