Logo

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibədə 29 nəfər uğur qazanıb

10.10.2022 11:48 377 baxış
IMG

On dörd dövlət orqanında mövcud olan 44 vakant vəzifə üzrə sentyabrın 27-dən başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 104 nəfər müraciət edib. Bu gün saat 11:20-yə olan məlumata görə, 29 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibə oktyabrın 17-də başa çatacaq.

Xəbər lenti