Logo

Şagirdlər üçün beynəlxalq onlayn STEAM müsabiqəsi təşkil olunacaq

10.10.2022 13:19 312 baxış
IMG

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və "Mars Academy" nin dəstəyi ilə şagirdlər üçün beynəlxalq onlayn STEAM müsabiqəsi təşkil olunacaq.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqəyə 8-16 yaş qrupuna aid məktəblilər qoşula bilərlər.

Müsabiqə 2 mərhələdə olmaqla “Let’s MOD” platforması üzərindən gerçəkləşəcək.

Şagirdlər [email protected] ünvanına müraciət edərək müsabiqə ilə bağlı geniş məlumat əldə edə bilərlər.

“Let’s MOD“ platforması cari ildən etibarən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platformasının yeni adıdır. “Let’s MOD” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir.

Xəbər lenti