Mingəçevir Dövlət Universitetinin “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimləri Nuranə Abbasova-Zeynalova və Arifə Nəsibovanın Türkiyənin KTO Karatay Universitetinin resenziyalı nəşrlərindən olan “Konşimento” jurnalında türk dilində birgə məqaləsi dərc olunub.
Tehsil.biz xəbər verir ki, “Tarım sektörünün gelişiminde kitle fonlaması platformunun uygulama potansiyeli” (Kənd təsərrüfatı sektorunun inkişafında kraudfandinq platformasının tətbiqi potensialı) adlı məqalədə kraudfandinqin mahiyyəti və əsas xüsusiyyətləri, məşhur kraudfandinq platformaları, kraudfandinq modelləri, onların güclü və zəif tərəfləri tədqiq edilib, islam maliyyəsi ilə müvafiq müqayisəsi aparılıb və kənd təsərrüfatının inkişafında kraudfandinqin rolu araşdırlıb.
Qeyd edək ki, məqalə 2022-ci ilin 17-18 iyun tarixində KTO Karatay Universitetində MDU-nun da tərəfdaşlıq etdiyi “Dayanıqlı ağıllı kənd təsərrüfatı və islam maliyyəsi” mövzusunda keçirilən 2-ci Karatay Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyəsi Konfransına (KARCIEF 2022) təqdim edilən məqalə və tezislər arasından seçilərək sözügedən resenziyalı elmi jurnalda nəşri üçün qəbul edilib.