Logo

Müəllimlər üçün “Planlaşdırma” təlimlərinə start verilib

10.10.2022 20:31 308 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində “Planlaşdırma” təlimlərinə start verib.

İnstitutdan bildirilib ki, təlimlər Bakı şəhəri 18, 35, 38, 51, 154 və 173 nömrəli tam orta məktəblərdə təşkil edilib. Təlimlərin əsas məqsədi müəllimlərin perspektiv və gündəlik planlaşdırmanın aparılması bacarıqlarının təkmilləşdirilməsidir.

Təlim müddətində müəllimlər perspektiv və gündəlik planlaşdırmanın məqsədinin, hazırlanması yollarının müzakirəsində iştirak ediblər, eyni zamanda, altstandartdan təlim nəticəsinin çıxarılması, dərsin qiymətləndirmə meyarlarının məqsədəuyğun müəyyənləşdirilməsi və öyrənmə fəaliyyətinin səmərəli təşkil olunması ilə bağlı praktik məşğələlərdə biliklərini tətbiq etmək imkanı qazanıblar.

Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Planlaşdırma” təlimlə

Xəbər lenti