Logo

BSU-da “SABAH.lab” Akselerasiya Mərkəzi ilə bağlı məlumatlandırma sessiyası olub

11.10.2022 10:05 428 baxış
IMG

Oktyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən “SABAH.lab” Akselerasiya Mərkəzinin əməkdaşları ilə brilikdə  tələbələr üçün məlumatlandırma sessiyası təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tədbirdə BSU-nun Humanitar və sosial elmlər, Filologiya, Tərcümə  və Təhsil fakültələrinin tələbələri iştirak ediblər.

Məlumatlandırma sessiyası zamanı  tələbələrə gənclərin yerli və qlobal innovativ startap layihələrə cəlb edilməsi,  yeni startapların qurulması və inkişafı, investorların cəlb edilməsi, layihələrin dünya bazarına təqdim edilməsi, startap komandaların təşkili haqqında ətraflı məlumat təqdim olunub.

Xəbər lenti