Xəzər Universitetinin tələbələri təhsil müəssisəsinin bufetinə öz aldıqları qidalarla daxil ola bilmirlər.
Tehsil.biz xəbər verir ki, tələbələr bu barədə sosial şəbəkələrdə bildiriblər.
Məlumata görə, universitetin bufetinə kənardan yemək gətirən tələbələr buraxılmır, yalnız universitetin bufetindən yemək alanlar bufetə daxil ola bilir.
İddialara görə, hətta buna görə universitet bufetindən qovulan tələbələr də olub. Onlar universitet daxilində satılan qidaların baha olmasından da narazıdırlar.
Məsələ ilə bağlı Xəzər Universiteti ilə əlaqə saxladıq. Ali məktəbdən "Tehsil.biz"ə iddialarla bağlı araşdırma aparıldığı bildirildi.