Bir müddət əvvəl müəllim kollektivi tərəfindən etirazla qarşılanan Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat yayıb.
Bildirilib ki, Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb və bir sıra nöqsana yol verildiyi aşkara çıxarılıb:
“Müvafiq tədbirlərin görülməsi üçün Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.