Gəncədə Emənistan silahlı qüvvələri tərəfindən törədilən terror hadisəsində yaralanmış Gəncə şəhər sakini Bəxtiyar Heydərli indi məktəbəhazırlıq qrupunda təhsil alır.
Bu barədə "Tehsil.biz"ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, Bəxtiyar M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsilinə davam edir.
Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi növbəti terrordan iki il keçir.