Logo

Paytaxtda 2 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verilib

11.10.2022 17:27 393 baxış
IMG

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində “Çiçək” körpələr evi-uşaq bağçasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan “Çiçək” körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında BŞTİ-nin müdiri Mehriban Vəliyeva iştirak edib. 1967-ci ildən fəaliyyət göstərən bağçada hazırda 7 qrup var. Bağçada 2 yaşdan 6 yaşadək 100 uşağın təlim-tərbiyəsi ilə 35 nəfər məşğul olur.

Həmçinin paytaxtda 215 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə əsaslı təmirdən sonra istifadəyə verilən bağça ilə yaxından tanış olublar. Binəqədi rayonunda yerləşən 215 nömrəli körpələr evi-uşaq bağçası 1981-ci ildə fəaliyyətə başlayıb. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb.

Hazırda bağçada 2 yaşdan 6 yaşadək 154 uşağın təlim-tərbiyəsi ilə 56 nəfərdən ibarət peşəkar heyət məşğul olur.

Xəbər lenti