Logo

Dövlət Komitəsində iclas keçirilib

11.10.2022 18:41 283 baxış
IMG

Oktyabrın 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri, Mərkəzi Aparat, bölgə şöbə müdirlərinin iştirakı ilə cari və görüləcək işlərlə bağlı iclas keçirilib.

Tehsil.biz xəbər verir ki, komitə sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, dövlət-din münasibətləri strategiyası ölkəmizdə yaşayan  müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsinə xidmət edir. Respublikamızın bütün şəhər və rayonlarında milli-mənəvi,  dini dəyərlərimizin, həmçinin Azərbaycanın tolerant, multikultural ənənələrinin təbliği, təşviqi üçün çox böyük işlər görülür. O, bu istiqamətdə aparılan maarifləndirmə işinin effektivliyinin artırılmasının önəmini vurğulayaraq kütləvi informasiya vasitələri və sosial medianın imkanlarından istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb. M.Qurbanlı, eyni zamanda cəmiyyətimizdə dinlərarası, tolerant münasibətlərinin inkişafında, habelə milli maraqlarımıza, milli və dini birliyimizə ziyan vurmaq istəyənlərə qarşı din xadimlərinin aktiv olmalarının zəruriliyini dilə gətirib.

Çıxışı zamanı “Şuşa İli” çərçivəsində Dövlət Komitəsi və tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən layihələrdən söz açan DQİDK sədri  Prezident cənab İlham Əliyevin Sərəncamı əsasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin önəminə toxunub. Ulu Öndərimizin irsində milli-mənəvi və tolerant dəyərlərin mühüm yerə malik olduğunu qeyd edərək dahi şəxsiyyətin zəngin irsinin tədqiqi və təbliği, habelə ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasının xüsusi önəm daşıdığını vurğulayıb. Xüsusi olaraq qeyd edib ki, Komitənin növbəti il üçün Tədbirlər Planında milli-mənəvi, dini dəyərlərimizə qayıdış və dəyərlərin təbliği, o cümlədən inkişafında Ümummilli Lider Heydər Əliyevin rolundan, tolerant və multikultural ənənələrə verdiyi töhfələrdən bəhs edən layihələr yer alacaq.

İclasda, həmçinin “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən görülən işlərə toxunulub, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.

Xəbər lenti