Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer dəyişdirilib.
Bu barədə APA-ya Əməkdar artist Tahir İmanov məlumat verib.
O bildirib ki, mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzə Pir məscidində olacaq.
Qeyd edək ki, o, bundan əvvəl vida mərasiminin Heydər məscidində keçiriləcəyini bildirmişdi.
Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib. Onun nəşi sabah Bakıya gətiriləcək və Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.