Logo

Şagirdlər məktəbə mobil telefon apara bilər? - RƏSMİ AÇIQLAMA+VİDEO

11.10.2022 21:17 398 baxış
IMG

Son zamanlar məktəblərdə mobil telefon vasitəsilə çəkilib paylaşılan neqativ görüntülər bəzi vətəndaşların, xüsusilə də valideynlərin etirazına səbəb olub. Onlar düşünürlər ki, şagirdlərin şiddətəmeyilli davranışlarının səbəbi təhsil müəssisəsi daxilində mobil telefondan istifadə etmələridir.

Tehsil.biz xəbər verir ki, təhsil eksperti Elşən Qafarovun "Xəzər Xəbər"ə bildirdiyinə görə, orta məktəblərin ümumi nizamnaməsi yoxdur. Yəni məktəblər müəyyən edilmiş vahid qaydalarla idarə olunmur. Bu tip qadağaların qoyulması da təhsil müəssisəsinin daxili məsələsidir.

Ekspert hesab edir ki, məktəblərdə telefon qadağasının tətbiq olunması da sözügedən problemlərin həlli üçün kifayət deyil. Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində şagird sayının azaldılması onların məktəbdaxili davranış qaydalarına nəzarəti asanlaşdıra bilər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən də bildirildi ki, ümumi təhsil müəssisələrində mobil telefondan istifadə ilə bağlı rəsmi qadağa yoxdur. Lakin məktəb rəhbərliyi təhsil müəssisəsində mobil telefondan istifadəni tənzimləyə bilər.

Xəbər lenti