Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi VIII Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakına görə Mədəniyyət Nazirliyi tərəfindən sertifikatla təltif olunub.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
Bildirilib ki, kitab sərgisində 70 adda eksponatla təmsil olunmuş Azİİ e-Kitab Evinin fonduna bir çox təşkilatlar tərəfindən müxtəlif kitablar hədiyyə olunub.
