Logo

Çexiya və Cənubi Afrikadan olan KİV nümayəndələri Gəncəyə səfər ediblər - FOTOLAR

12.10.2022 11:26 267 baxış
IMG

Çexiya və Cənubi Afrikadan olan3 media nümayəndələri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi ərazini ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, media nümayəndələrinə terror hadisələri ilə bağlı məlumatlandırılıb.

Qeyd olunub ki, 11 oktyabr 2020-ci il tarixdə gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 35 nəfər yaralanıb. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 142 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xarici media nümayəndələri burada qeydlər götürüb, fotolar çəkib, mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə güllər düzüblər.

Xəbər lenti