Oktyabrın 9-da vəfat edən tanınmış bəstəkar, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətirilib.
"Tehsil.biz"in xəbərinə görə, bu barədə ""Report"a bəstəkarın qızı Canana Süleymanlı məlumat verib.
O bildirib ki, hazırda Bakıda hava limanındadırlar.
Qeyd edək ki, bu gün 13:30-dan 16:00-dək mərhumla Təzəpir Məscidində vida mərasimi keçiriləcək.