Logo

LDU-da maarifləndirici tədbir keçirilib

12.10.2022 13:11 362 baxış
IMG

Lənkəran Dövlət Universitetinin (LDU) "Aqrar və mühəndislik" fakültəsində "Ölkəmizdə şirin su ehtiyatları ilə bağlı problemlər" mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, "Aqrar və mühəndislik" fakültəsinin dekanı, dos. Balayar Şahbazov tədbirin  olduqca vacib məsələyə həsr edildiyini deyib. Bildirib ki, Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləməkdədir.

Dünyanın su ehtiyatlarını ümumbəşəri nemət adlandıran Balayar Şahbazov onun çirkləndirilməsi, inhisara alınması, hidrosiyasi və hidrodiversiya vasitəsi kimi istifadəsini  yolverilməz adlandırıb. Qeyd edib ki, içməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur və buna  görə də şirin su ehtiyyatlarından səmərəli və qənaətlə istifadə etmək lazımdır.

Fakültənin müəllimlərindən dos. Bilal Rəhimov, Niyaz Tağıyev çıxışlarında bildiriblər ki, Azərbaycan da şirin su ehtiyatları məhdud olan  ölkələrdəndir və bu baxımdan Cənubi Qafqazın ən kasıb ölkəsi sayılan Azərbaycanın şirin su ehtiyatlarının 67 %-i ölkə hüdudlarından kənarda formalaşır. Yeganə çıxış yolu sudan qənaətlə istifadə etmək və israfçılığın qarşısını almaqdır-deyən çıxışçılar  bildiriblər ki, bunun üçün suvarmada və məişətdə səmərəli üsullardan istifadə edilməlidir.

Tədbirdə "Aqrar və mühəndislik" fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Xəbər lenti