Salyan rayonunun Yenikənd kənd tam orta məktəbinin bir neçə müəllimi dərs saatlarının bölünməsindən narazıdırlar.
Bu barədə "Tehsil.biz"ə şikayətçi müəllimlər bildiriblər.
Belə ki, onlar məktəb direktorunun çəkindiyi, ehtiyat etdiyi müəllimlərə daha çox dərs saatı verdiyini iddia edirlər.
Onların sözlərinə görə, məsələyə vaxtilə Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən müdaxilə olunaraq yeni dərs bölgüsü aparılsa da, sonradan məktəb direktoru regional idarənin qərarını heçə sayaraq yenidən haqsız bölgü aparıb.
İddialarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirildi ki, məsələ bağlı adiyyətı orqana məlumat verilib. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.