Logo

UFAZ-ın tələbələri magistraturada təhsil imkanları barədə məlumatlandırılıb

12.10.2022 13:50 451 baxış
IMG

Azərbaycan-Fransız Universitetində (UFAZ) “Alumni Talks” silsilə görüşləri çərçivəsində UFAZ məzunlarının iştirakı ilə ilk tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

UFAZ-ın Geofizika mühəndisliyi üzrə məzunları Cavidan Kərimli, Zöhrə Hacızadə, Rəşid Əhmədli və Ləman Əliyeva öz universitet və karyera təcrübələrini müxtəlif kurs üzrə təhsil alan tələbələrlə bölüşüb, sualları cavablandırıblar.

“Alumni Talks” silsilə görüşlərinin məqsədi UFAZ-ın tələbələrini təcrübə və karyera imkanları, həmçinin magistratura pilləsində təhsil imkanları və qəbul prosesi barədə məlumatlandırmaq, onları gələcək üçün hazırlamaqdır.

Xəbər lenti