Logo

AzTU-nun məzunu, Vətən müharibəsi şəhidi Nurlan Əhmədlinin doğum günüdür

12.10.2022 14:40 565 baxış
IMG

Bu gün Azərbaycan Texniki Universitetinin məzunu olan Nurlan Əhmədlinin doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Nurlan Əhmədli 1996-cı il oktyabrın 12-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2014-ci ildə orta məktəbi bitirib Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunub.

2018-cı ildə AzTU-nu bitirib həqiqi hərbi xidmətə çağırılıb. 2019-ci ilin iyulunda xidmətini uğurla başa vurub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Nurlan Əhmədli Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Nurlan Əhmədli ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər lenti