Logo

İlahiyyat İnstitutunda Həzrət Peyğəmbərin mövludu ilə əlaqədar tədbir keçirilib

12.10.2022 16:49 312 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Həzrət Peyğəmbərin mövludu ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Aİİ rektoru Aqil Şirinov Peyğəmbərin insanlara qarşı dözümlülüyü, vəhdəti, gözəl əxlaqı və humanizmi təbliğ etdiyini, müsəlman cəmiyyətlərinin də bu prinsiplərə sadiq qalmalarının vacibliyinə toxunub.

Məruzəçi, Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov “Tarixdə mövlud ənənəsi” mövzusunda çıxış edib. Tarixdə mövlud ənənəsindən, ədəbiyyatda bu mövzuda mövcud olan qəsidələrdən bəhs edib.

Aİİ İslamşünaslıq kafedrasının baş müəllimi Vüqar Səmədov “Həzrət Peyğəmbər – əxlaq mücəssəməsi kimi” mövzusunda çıxış edərək, Peyğəmbərin əxlaqından, cəmiyyətdə sağlam mühitin formalaşmasındakı rolundan söhbət açıb.

Xəbər lenti