Logo

Uşaq musiqi məktəblərinə işə qəbulla bağlı narazı namizədlərin şikayətlərinə baxılıb

12.10.2022 17:44 313 baxış
IMG

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən 2022/2023-cü tədris ili üçün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticəsinə yenidən baxılması ilə bağlı müraciət etmiş namizədlərin şikayətlərinə baxılıb.

Tehsil.biz xəbər verir ki, ümumilikdə müsahibə nəticəsinin yenidən araşdırılması ilə bağlı nazirliyə 22 müraciəti daxil olub. Onlardan 19-na komissiya üzvlərinin iştirakı ilə baxılıb, 3 nəfər isə şikayətləri ilə bağlı komissiya tərəfindən təyin edilmiş iclasda iştirakdan imtina edib.

Şikayətçilərin və dəvət edilmiş ekspertlərin iştirakı ilə müvafiq müsahibələrin videoyazıları təhlil edilib və müsahibələrin nəticəsi barədə komissiya tərəfindən yekun qərarlar qəbul olunub.

Komissiyanın qərarlarına əsasən 6 nəfərin müvafiq ixtisaslar üzrə vəzifəyə uyğun hesab edilərək şikayətləri təmin edilib. Nazirliyin ehtiyat kadrlar siyahısına əlavə edilən həmin namizədlərin tədris ili ərzində müvafiq vakant vəzifə yaranacağı təqdirdə onların razılıqları ilə həmin vəzifələrə təyin edilməsi nəzərdə tutulur.

Şikayətləri təmin edilməyən namizədlərin müsabiqənin test mərhələsində göstərdiyi nəticələr 2 il müddətində qüvvədədir. Həmin müddət ərzində onlar nəticələrinə uyğun olaraq məktəb və mərkəzlərdə müəllimlərin işə qəbulu ilə əlaqədar təşkil ediləcək müsahibələrdə birbaşa iştirak edə bilərlər.

Xəbər lenti