Logo

Ali məktəblərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları TƏSDİQLƏNDİ

12.10.2022 18:05 570 baxış
IMG

“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiqlənib.

"Tehsil.biz"in məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Hər bir qiymətləndirmə meyarı üzrə toplanılan maksimal bal indikatorların sayından asılı olaraq müəyyən edilir. Hər bir indikator üzrə maksimal bal 3-dür. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilib.

Xəbər lenti