Britaniyanın ən zəngin rəssamı Damien Hirst milyonlarla dollar dəyərində sənət əsərlərini yandırıb.
Kulis.az xəbər verir ki, məşhur britaniyalı rəssam Damien Hirst milyonlarla dollar dəyərində sənət əsərini öz əlləri ilə yandırıb.
Yeni çıxardığı kolleksiyasının həm NFT, həm də fiziki satış üçün mövcud olduğunu deyən Hirst, əsərlərin NFT versiyalarını alanların orijinal versiyasını yandıracağını deyib.
Yanmaz kombinezon və əlcək geyinən 57 yaşlı rəssam Londondakı Newport Street Gallery-də əsərlərini yandırıb. Hirst bu anları sosial media hesabında canlı yayımlayıb.
Yandırılan sənət əsərlərinin təxminən 10 milyon dollar dəyərində olduğu bilinir.