Logo

“ASAN Radio”da “YüksəlişdəSƏN” layihəsinə start verir

13.10.2022 15:36 270 baxış
IMG

“Yüksəliş” müsabiqəsi “ASAN Radio” ilə birlikdə "YüksəlişdəSƏN" layihəsinə start verir.

Tehsil.biz xəbər verir ki, oktyabrın 13-dən etibarən “ASAN Radio”da “YüksəlişdəSƏN” adlı yeni layihə yayımlanmağa başlayır. Hər həftə fərqli “Yüksəliş” qalibinin qonaq olacağı radio proqramında qaliblər ölkənin ən rəqabətli mühitində yaşadıqları həyəcanı izləyicilərlə bölüşəcək, iş həyatında qazandıqları təcrübələrlə əldə etdikləri karyera yüksəlişinin sirlərindən danışacaqlar. Verilişin məqsədi müsabiqənin fəaliyyəti barədə ictimaiyyətə ətraflı məlumat vermək, müsabiqə ilə maraqlanan şəxslərin suallarını cavablandırmaq, gənclərə karyera məsləhətləri vermək və “Yüksəliş” qaliblərini ictimaiyyətə təqdim etməkdir.

Proqramın ilk qonağı müsabiqənin ilk qaliblərindən Orxan Quliyevdir. Verilişin əsas buraxılışını hər həftənin cümə axşamı saat 19:05-də, təkrarını isə çərşənbə axşamları saat 14:05-da “ASAN Radio”da izləmək mümkün olacaq.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2021-ci ildə yekunlaşan ilk müsabiqənin 27 qalibi müəyyən edildi. 2022-ci ildə isə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ikinci “Yüksəliş” müsabiqəsi baş tutdu. İyul ayında başa çatan ikinci müsabiqənin 22 qalibi müəyyənləşdirilib.

Xəbər lenti