Logo

İraq səfirliyinin birinci katibi BAAU-da olub - FOTOLAR

13.10.2022 18:15 608 baxış
IMG

İraqın Azərbaycandakı Səfirliyinin birinci katibi Dr. Huthaifa Z. Mahmud Bakı Avrasiya Universitetinin qonağı olub.

Tehsil.biz xəbər verir ki, qonağı ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Səyavuş Qasımov, öncə qonağa rektor prof.Nazim Hüseynlinin salamlarını çatdırıb. Daha sonra İraq ilə ölkəmiz arasındakı tarixi dostluq əlaqələrindən danışan Səyavuş Qasımov təhsil sahəsində universitetlərarası əlaqələrin genişlənməsində maraqlı olduqlarını bildirib. Universitet haqqında geniş məlumat verən prorektor ali təhsil müəsisəsində təhsil alan əcnəbi tələbələrə göstərilən qayğıdan və bu istiqamətdə atılan addımlardan danışıb.

Dr. Huthaifa Z. Mahmud, öz növbəsində Bakı Avrasiya Universitetinin kollektivi arasında olmaqdan məmnunluğunu ifadə edib.

Qonaq təhsil, elmi-tədqiqat və tələbə mübadiləsi sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü və bu sahədə ölkəsinin marağını ifadə edib.

Səfir, həmçinin BAAU-da tərcümə(ərəb dili) ixtisasının tədrisi ilə maraqlanıb, tərcümə kafedrasının müəllimləri və tələbələri ilə görüşüb, xatirə şəkilləri çəkdirib. Görüşün sonunda ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələrin davam etdirilməsi qərara alınıb.

​​​​​​

Xəbər lenti