Logo

BSU-da dəyirmi masa: "İnsan alverinə qarşı mübarizədə tələbə-gənclərin mübariz olması vacibdir"

13.10.2022 22:01 561 baxış
IMG

Oktyabrın 13-də Bakı Slavyan Universitetində (BSU) "İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması” layihəsi çərçivəsində “İnsan alverinə qarşı mübarizədə tələbə-gənclərin mübariz olması vacibdir” adlı dəyirmi masa təşkil olunub.

BSU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə müvafiq istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən və dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışılıb. Həmçinin bu sahədə mövcud qanunvericiliklə bağlı ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb.

Xəbər lenti