2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə kreditindən yararlanan tələbələrin statistikası açıqlanıb.
Bu barədə "Tehsil.biz"ə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Bildirilib ki, payız semestri üzrə ümumilikdə 2203 tələbəyə kredit verilib. Onlardan 801-i sosial, 1402-si isə standart kredit olub.