Logo

“Audiovizual media mühitində universal jurnalist” mövzusunda keçirilən təlimlər yekunlaşıb - FOTO

13.10.2022 23:20 389 baxış
IMG

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə telejurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda keçirilən təlimlər yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, təlimlərə Azərbaycan televiziyalarında fəaliyyət göstərən jurnalistlər cəlb edilib.

Keçirilən təlimlərin məqsədi televiziyada xəbər istehsalının təkmilləşdirilməsi, rəqəmsallaşmanın stimullaşdırılması, audiovizual istiqamətdə xarici bilik və təcrübələrin tətbiqinin genişləndirilməsi və daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır.

4 gün müddətində jurnalistlərə “Əl-Cəzirə” Media Şəbəkəsinin telejurnalisti Mohamed Elatyeb tərəfindən “mobil jurnalistika”, “video jurnalistika”, “televiziya jurnalistikası”, təkbaşına tam televiziya məzmununun hazırlanması üçün öyrənilməli və əldə edilməli olan bacarıqlar, xəbər otaqlarının işləmə mexanizmi, televiziya istehsalı və xəbər dünyasına daxil olan yeni proqram təminatları və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Telejurnalistlər üçün keçirilən “Audiovizual media mühitində universal jurnalist” təlim proqramının media sahəsində yeni trendin başlanğıcına, keyfiyyətli kontent yaradılmasına, jurnalistlərin peşəkar inkişafına, xarici təcrübəyə əsaslanan nəzəri biliklərin artırılmasına və yerli mediada tətbiqinin reallaşdırılmasına töhfə verməsi gözlənilir.

Xəbər lenti