Logo

Məktəbəqədər təhsilin təşkili məsələləri ilə bağlı müzakirələr aparılıb

14.10.2022 09:33 402 baxış
IMG

Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşlarının iştirakı və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəzdində fəaliyyət göstərən “Xəzər” və “Dalğa” uşaq bağçalarının pedaqoji kollektivi ilə “Müasir məktəbəqədər təhsilin məzmunu və təşkili məsələləri" mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə məktəbəqədər təhsilin səmərəli təşkili və təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında müzakirələr aparılıb və tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsil sisteminin qarşısında duran və dərin biliyə, bacarığa malik şəxsiyyət formalaşdırmaq, vətənini, xalqını sevən, hərtərəfli inkişaf etmiş sağlam nəsil yetişdirmək kimi mühüm vəzifələrin yerinə yetirilməsində məktəbəqədər təhsilin rolu böyükdür. Azərbaycan təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri olan təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni yanaşmaların, fəal təlim metodlarının tətbiqi və onlardan səmərəli istifadənin təşkili ən vacib problem kimi qiymətləndirilir. Bu baxımdan məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kollektiv də öz işini bu vəzifələrin həyata keçirilməsi istiqamətində qurmağa çalışır.

Xəbər lenti