Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4233 nəfər müraciət edib. Bu gün saat 11:05-dək olan məlumata görə, 445 namizəd müsahibələrdə müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.