Logo

Azərbaycan Boks Federasiyasının idmançıları fiziki və tibbi testlərdən keçiblər - FOTO

14.10.2022 23:24 411 baxış
IMG

Azərbaycan Boks Federasiyasının idmançıları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasında olublar.

Tehsil.biz xəbər verir ki, idmançılar aşağıda qeyd olunan fiziki və tibbi testlərdən keçiblər:

- İlkin  tibbi baxiş;
- Əzələ fəaliyyətinin qiymətləndirilməsi (Muscle function screening incl. core stability); 
- Bədənin xüsusi tərkibinin ölçülməsi (Body composition measurement);
- Stabilometriya (Biodex Balance);
- 3D antropometriya ( 3D anthropometry);
- Ürəyin ultrasəs müayinəsi (Exokardioqrafiya);
- CPET (Cardiac-Pulmonary Exercise Test);
- Nutrisioloqun qiymətləndirilməsi;
- Psixoloji test. 

Qeyd edək ki, proqram hər idmançı üçün fərdi olaraq Böyük Britaniyanın UCL Universitetinin klinik protokollarından (Institute of Sport and Exercise Health, University College London) və ComplexCore bərpaedici fiziki hərəkətlər kompleksindən istifadə edilməklə icra olunub.

Xəbər lenti